Yunanıstan Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
sizinxeber.az xəbər saytı

Yunanıstan Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb


Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Azərbaycanın milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi, həmçinin sülh, tərəqqi və rifah arzularımı çatdırıram.

Yunanıstan Azərbaycanla illər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilmiş və davamlı şəkildə inkişaf edən ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Əminəm ki, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə tam hörmətlə yanaşılmaqla ikitərəfli münasibətlərimizi xalqlarımızın rifahı naminə daha da inkişaf etdirə və möhkəmləndirə bilərik.

Zati-aliləri, bir daha Sizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Oxşar xəbərlər

Əlcəzair Prezidenti Azərbaycanın Dövlət Başçısını təbrik edib
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
İsveçrə Konfederasiyasının Prezidenti Azərbaycan liderinə məktub ünvanlayıb
Banqladeş dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Uruqvay dövlət başçısı Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər