İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumunda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə 4 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək 4-cü Milli Kibertəhlükəsizlik Forumuna maraq sürətlə artır.
"Sizinxeber.az"un məlumatına görə, hazırda forum üçün 1500-dən çox iştirakçı qeydiyyatdan keçib.
AKTA-nın İcraçı direktoru Rauf Cabarov bildirib ki, foruma olan yüksək maraq ölkəmizdə kibertəhlükəsizliyin vacib mövzulardan birinə çevrildiyini göstərir:
"Bu gün kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, dövlətlərin dayanıqlığı, biznes mühitinin təhlükəsizliyi və cəmiyyətin rəqəmsal inkişafı ilə birbaşa bağlı strateji məsələdir. Forumumuza göstərilən böyük maraq da ölkəmizdə kibertəhlükəsizlik sahəsinə diqqətin və bu istiqamətdə əməkdaşlıq ehtiyacının artdığını göstərir".
İcraçı direktor qeyd edib ki, forum çərçivəsində dövlət qurumları, beynəlxalq təşkilatlar, aparıcı texnologiya şirkətləri, kibertəhlükəsizlik ekspertləri və sənaye nümayəndələri bir araya gələrək müasir kiber təhdidlər, süni intellektin kibertəhlükəsizlikdə rolu, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları, o cümlədən Türk Dövlətləri Təşkilatı və Şərq Tərəfdaşlığı regionu çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də innovativ təhlükəsizlik həlləri ətrafında müzakirələr aparacaqlar.
"Biz forumu yalnız bir tədbir kimi deyil, həm də ölkədə və regionda kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi üçün platforma kimi qiymətləndiririk", – deyə AKTA rəsmisi əlavə edib.
Tədbir proqramına panel sessiyalar, texniki təqdimatlar, beynəlxalq ekspert çıxışları və kibertəhlükəsizlik sərgisi daxildir. Forum çərçivəsində yerli və xarici şirkətlər öz innovativ məhsul və həllərini nümayiş etdirəcəklər.
4-cü Milli Kibertəhlükəsizlik Forumunun ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Forumun açıq qeydiyyatı bitmişdir. Forum haqqında ətraflı məlumatı https://cyberforum.az saytından əldə etmək mümkündür.
Oxşar xəbərlər
AKTA-ya yeni icraçı direktor təyin edilib
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Azərbaycanda uşaqların sosial şəbəkələrdə qorunması istiqamətində tədbirlər gücləndiriləcək
Rektor: “Kiber Yay Məktəbi" kadrların hazırlanması istiqamətində unikal layihədir
Mircəlal Bağırov: "Kibertəhlükəsizlik məsafə yarışı deyil"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Bakı metrosunda qatarların intervalında yubanmalar müşahidə olunur
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
Oman sahillərində tanker atəşə tutulub
