Almaniyada dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 12-yə çatıb - VİDEO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
22:50

Almaniyada dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 12-yə çatıb - VİDEO - YENİLƏNİB

23 may, 2025
22:50
397

Almaniyada dəmiryol vağzalında bıçaqlı hücum nəticəsində yaralananların sayı 12-yə çatıb - VİDEO - YENİLƏNİB

Almaniyanın Hamburq şəhərində mərkəzi dəmiryolu vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə "NDR" kanalı məlumat yayıb.

Məlumata görə, yaralılardan üç nəfərin vəziyyəti ağırdır, daha doqquz nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.



***
21:02

Almaniyanın Hamburq şəhərində yerləşən baş dəmiryol vağzalında baş vermiş bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Hadisənin təfərrüatları və hücum edən şəxsin motivləri ilə bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın