Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
19:50

Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var

03 fev, 2025
19:50
803

Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var

Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.

Bizimlə əlaqə saxlayın