Paşinyanın Kobaxidze ilə müzakirə etdiyi məsələlər açıqlanıb
Ermənistan Baş naziri Nikol Paşinyan Tbilisiyə rəsmi səfəri çərçivəsində həmkarı İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, tərəflər regionda mövcud dinamikanı, iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər. Gürcüstanın hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstanın Cənubi Qafqazda dinc birgəyaşayışı qətiyyətlə dəstəklədiyi qeyd olunub. Bu xüsusda regiondakı çağırışların həlli prosesində birgə səylərin vacibliyi vurğulanıb.
“Gürcüstan regionda sülhün və sabitliyin təmin olunması üçün gələcəkdə də müsbət rol oynamağa hazırdır”, - məlumatda qeyd olunub.
Təkbətək görüşdən sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Tərəflər birbaşa xarici investisiyaların cəlb edilməsi, enerji, nəqliyyat, turizm, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Gürcüstan Baş naziri: Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayırıq
Gürcüstan və Ermənistan Baş nazirləri Tbilisidə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
