Kobaxidze Azərbaycana gəlir
sizinxeber.az xəbər saytı

Kobaxidze Azərbaycana gəlir


Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

“Səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü planlaşdırılır. Görüşdən sonra liderlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər. Baş nazirin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, mədəniyyət naziri Tinatin Ruxadze və Hökumət Administrasiyası rəhbəri Levan Jorjoliani olacaq” - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

Gürcüstanın Baş nazirinin Prezident İlham Əliyevlə təkbətək görüşü gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze ABŞ və Britaniyanın sanksiya tətbiq etdiyi DİN rəhbərini özünə müavin təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan XİN başçısı bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze: Gürcüstan ABŞ ilə münasibətləri nəzərdən keçirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər