KİV: Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə başa çatacaq
sizinxeber.az xəbər saytı

KİV: Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə başa çatacaq


“Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə başa çatacaq”.

APA xəbər verir ki, bu barədə yazı “The New York Times” nəşrində dərc edilib.

Müəllifin yazdığına görə, artıq başlamasına bir neçə gün qalmış həmin il hər iki ölkə arasında danışıqlar dövrü kimi də yadda qalacaq.

Məqalədə həmçinin Ukrayna ordusunda əsas problemlərdən birinin şəxsi heyət sayındakı çatışmazlıq olduğundan da bəhs olunur:

“Buraya həm də silah-sursatlarla bağlı problemləri də əlavə etmək lazımdır. Çünki hər iki faktor təmin olunmadıqca Ukraynanın itirilmiş ərazilərini geri qaytarması mümkünsüz görünür” – sitatın sonu.

Yazıda eyni zamanda Rusiyanın nəzarətində olan Ukrayna ərazilərini geri qaytarmaq niyyətinin hiss olunmadığı və bu ölkənin Kursk vilayətinin bir hissəsini nəzarətdə saxlamasının Ukraynanın sonuncu şansı olduğu xüsusi vurğulanır.

Bildirilir ki, bundan sonra rəsmi Kiyevin ölkənin uzunmüddətli təhlükəsizliyi və “qoca qitəyə” inteqrasiyası üçün Avropa İttifaqı ilə razılaşmalar imzalaması məsələsi gündəmə gələcək. Eyni zamanda qeyd olunur ki, Donald Trampın razılığı olmadığı üçün Ukraynanın NATO-ya üzvlüyü hazırda müzakirə mövzusu deyil.

Oxşar xəbərlər

Peskov: Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq
Zelenski Ukrayna ordusunun geri çəkilməsinin səbəblərini açıqlayıb
KİV: Ukrayna Rusiya ilə ərazi güzəştlərini müzakirə edir
Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle