Dini konfessiya rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak edib - FOTO
Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası davam edir.
Sizinxeber.az xəbər verir ki, Azərbaycanda dini konfessiya rəhbərləri qanvermə aksiyasında iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak etməyəcək. Belə ki, QMİ sədri “Dinlər Sülh Uğrunda” təşkilatının 2026-cı il Ümumdünya Şurasının 23-26 iyun tarixlərində keçirilən illik toplantısında iştirak etmək üçün Mavriki Respublikasında səfərdədir.
Qeyd edək ki, bu gün Aşura günüdür.
Qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşır. Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.
Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.
Xatırladaq ki, Məhərrəm ayı iyunun 16-dan başlayıb.
Oxşar xəbərlər
Allahşükür Paşazadə qan verib - FOTO
Dini konfessiyaların rəhbərləri Aşura günü ilə bağlı qanvermə aksiyasında iştirak ediblər
Şuşa və Ağdam məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Şuşadakı Yuxarı Gövhərağa və Ağdamın Cümə məscidlərində ilk dəfə qanvermə aksiyası keçirilir - FOTO
Aşura günü 2696 nəfər könüllü qan verib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
