Zelenski Ukrayna ordusunun geri çəkilməsinin səbəblərini açıqlayıb
Ukrayna cəbhədə yalnız qoşunlardakı çatışmazlıqlar səbəbindən geri çəkilir.
Sizinxeber.az-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib:
“Mən qoşunların say nisbətində bəzən 8 dəfəyədək fərq olduğu barədə məlumat alıram. O zaman qarşıda iki seçim olur: sağ qalmaq və ya ölmək. Belə olan halda hərbçilərə geri çəkilməli və həyatlarını xilas etməli olduqları barədə göstəriş verirəm”.
O həmçinin ordunun Rusiya ərazisindəki “Kursk” AES-i ələ keçirmək imkanı olduğu halda buna cəhd etmədiyini bəyan edib:
“Biz heç vaxt bunu etmək istəməmişik. Çünki bunu etsəydik, Rusiyaya bənzəyəcəkdik. Məqsədimiz heç də kritik cəhətdən vacib infrastrukturu ələ keçirmək olmayıb”.
Qeyd edək ki, Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi eyniadlı AES-in 35 kilometrliyində dayandırılıb.
Oxşar xəbərlər
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb
Zelenski Kulebanın istefasına aydınlıq gətirib
Rusiyanın ABŞ-dakı səfiri: Vaşinqton Ukraynanın "Kursk planı"ndan xəbərdar olub
Ukrayna Kurskda əsir götürülən 103 hərbçini Rusiyaya qaytarıb
Zelenski: Putin Sumı vilayətinə Kursk ərazisindən hücum etməyi planlaşdırırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













