Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir
Hazırda Kursk ərazisinin 1294 kv.km ərazisinə nəzarət edirik.
Sizinxeber.az-nın yerli mətbuata istinadən xəbərinə görə, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.
“Biz Kursk istiqamətində irəliləməyə, Rusiya ordusuna əhəmiyyətli dərəcədə zərbələr endirməyə davam edirik. Hazırda Rusiyanın 1294 kv.km-lik ərazisinə, daha dəqiq 100-dən çox yaşayış məntəqəsinə nəzarət edirik. Kursk ərazisində 594 nəfər Rusiya hərbçisi girov götürülüb”, - o bildirib.
A.Sırski onu da deyib ki, Rusiya ordusu Kursk istiqamətinə 30 min nəfərlik şəxsi heyət göndərməklə, əsas gücünü məhz burada cəmləşdirib. Onun sözlərinə görə, hazırda bu say artmaqdadır.
Baş komandanın fikrincə, Ukrayna tərəfi gərgin döyüşlərə baxmayaraq bu ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyi üçün tədbirlər görür.
Oxşar xəbərlər
Rusiyanın ABŞ-dakı səfiri: Vaşinqton Ukraynanın "Kursk planı"ndan xəbərdar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın Kursk vilayətinin 130 mindən çox sakini yaşadıqları yeri tərk edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna ordusu Rusiyanın bu qədər ərazisinə nəzarət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna ordusunun Kursk vilayətində irəliləməsi dayandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













