Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir
sizinxeber.az xəbər saytı

Gürcüstanda Parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilir


Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.

APA Gürcüstan mətbuatına istinadən xəbər verir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.

Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.

Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.

Əldə olunan məlumata görə Tbilisidə Gürcüstan parlamenti yaxınlığında müxalifətin mitinqinin keçirildiyi ərazinin yaxınlığında polisin xüsusi texnikası, o cümlədən su şırnaqları cəmlənib.

Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.

Oxşar xəbərlər

Tbilisidə müxalifətin etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan müxalifəti parlament binası qarşısında növbəti etiraz aksiyası təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə etiraz aksiyasında 43 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə müxalif partiyalar parlamentin qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər