Türkiyə XİN: İsrailin UNRWA-ının fəaliyyətinə son qoymaq cəhdi beynəlxalq hüququ açıq şəkildə pozur
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) işğal olunmuş Fələstin torpaqlarında fəaliyyətinə son qoymaq üçün İsrail parlamentinin atdığı addımlar beynəlxalq hüququ açıq şəkildə pozur.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“UNRWA-nı hədəf alaraq İsrail iki dövlət həllini ortadan qaldırmağı və fələstinli qaçqınların vətənlərinə qayıtmasının qarşısını almağı hədəfləyir, 1949-cu ildən bəri milyonlarla fələstinli qaçqına həyati yardım göstərən UNRWA-nın fəaliyyəti də regional sabitlik üçün böyük əhəmiyyət kəsb edir. BMT Baş Assambleyasının qərarı ilə yaradılmış UNRWA-nın fəaliyyətini qadağan etmək cəhdlərinə qarşı sərt mövqe sərgiləmək beynəlxalq ictimaiyyətin hüquqi və vicdanlı öhdəliyidir” - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, UNRWA-nın Maliyyə İşçi Qrupuna sədrlik edən Türkiyə Agentliyə siyasi və maliyyə dəstəyini davam etdirəcək.
Oxşar xəbərlər
ÜST rəhbəri UNRWA qadağasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UNRWA rəhbəri agentliyin İsraildə fəaliyyətinin qadağan edilməsini pisləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail XİN: Quterreş müharibə cinayətlərinə ortaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu terrorda əli olan UNRWA zabitlərini ədalət qarşısında cavab verməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail parlamentinin komissiyası UNRWA-nın ölkədə fəaliyyətinə qadağa qoyulmasını dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












