İsrail parlamentinin komissiyası UNRWA-nın ölkədə fəaliyyətinə qadağa qoyulmasını dəstəkləyib
sizinxeber.az xəbər saytı

İsrail parlamentinin komissiyası UNRWA-nın ölkədə fəaliyyətinə qadağa qoyulmasını dəstəkləyib


İsrail Knessetinin (parlament) Xarici işlər və müdafiə üzrə komissiyası BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutan iki qanun layihəsini dəstəkləyərək parlamentə tövsiyə edib.

Sizinxeber.az-nın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bu, qanun layihələrinin Knessetdə ikinci və üçüncü oxunuşdan keçərək qüvvəyə minməsinə imkan verəcək.

Birinci qanun layihəsi İsrailin dövlət orqanlarına UNRWA ilə hər hansı əlaqə saxlamağı qadağan edir. İkinci qanun isə bu qurumun faktiki İsrail ərazisində fəaliyyətinə qadağa qoyur.

Qeyd edək ki, BMT Baş katibi Antoniu Quterriş İsrail Baş naziri Binyamin Netanyahuya məktub yazıb. Bildirilib ki, həmin qanunlar qəbul ediləcəyi təqdirdə İsrailin nəzarətində olan fələstinlilərin yaşadıqları Qəzza sektorunda və İordan çayının qərb sahilində humanitar əməliyyatların davam etdirilməsi mümkün olmayacaq. BMT-nin adı çəkilən qurumu 1949-cu ildən bu ərazilərdəki fələstinlilərə humanitar yardım təqdim edir.

Oxşar xəbərlər

BMT-nin 9 əməkdaşı HAMAS-ın İsrailə hücumunda iştirakına görə işdən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzzada məktəbə hava zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər