Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir - FOTO - VİDEO
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin çağırışı ilə toplanan etirazçılar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edirlər.
Aksiya səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, təcili yardım maşınları cəlb olunub.
Zurabişvili parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulub. Tribunada çıxış edən Prezident Gürcüstan vətəndaşlarının Avropaya səs verdiyini deyib.
"Siz seçkidə uduzmadınız, onlar sizin səsinizi oğurlayaraq gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz", - Zurabişvili etirazçılara müraciətlə deyib.
Oxşar xəbərlər
Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir - FOTO
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilir
Gürcüstanda "Gürcüstan Avropanı seçir" adlı genişmiqyaslı mitinq keçirilib
Gürcüstanda parlament seçkilərində səsvermə davam edir - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
