Fransa polisi etirazçılara qarşı güc tətbiq edib
Fransanın Tarn kommunasında polislə yerli əhali arasında toqquşma baş verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.
Tuluz-Kastr avtomobil yolunun çəkilişinə etiraz edən sakinlər yol inşaatı texnikasına zərər vurub, polisə daş və Molotov kokteyli atıblar. Polis narazı kütləyə qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir nəfər saxlanılıb.
A69 Tuluz-Kastr avtomobil yolunun çəkilişi ekoloqların və elm adamlarının ciddi narazılığına səbəb olub. Onların fikrincə, yol çəkilişi əkinəyararlı ərazilər və yaşıllıq zonalarının məhvinə, qrunt sularının səviyyəsinin aşağı enməsinə və rütubət balansının pozulmasına səbəb olacaq.
Əvvəlki aylarda da yol inşaatına görə etirazçılarla polis arasında qarşıdurma yaranıb.
Oxşar xəbərlər
Londonderridə parad zamanı 10 polis əməkdaşı yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
