İsveç Ukraynaya böyük yardım paketi ayırıb
sizinxeber.az xəbər saytı

İsveç Ukraynaya böyük yardım paketi ayırıb


İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 4,8 milyard kron (təxminən 417 milyon avro) ayırdığını açıqlayıb.

APA xəbər verir ki, ölkənin Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, bu vəsait İsveç parlamentinin aprelin 29-da təsdiq etdiyi 19-cu yardım paketinin bir hissəsidir.

Müdafiə naziri Pol Conson qeyd edib ki, ödənişlər Ukrayna silahlı qüvvələrini və müdafiə sənayesini Rusiyadan müdafiədə daha güclü edəcək.

Paketin aşağıdakı formada bölüşdürülməsi nəzərdə tutulur:

1. Minatəmizləmə koalisiyası üçün 100 milyon kron. Ölkə mina sensorları, nəqliyyat vasitələri və fərdi mühafizə vasitələrinin alınmasını maliyyələşdirməyə kömək edəcək.

2. Dronlar üçün 300 milyon kron. Pul müxtəlif növ pilotsuz uçuş aparatlarının alınmasına sərf olunacaq.

3. Dəniz Donanması üçün 50 milyon. Söhbət “Mübadilə” əməliyyatı çərçivəsində Ukrayna Hərbi Dəniz Qüvvələrinin hərbçilərinin təliminin maliyyələşdirilməsindən gedir.

4. İT dəstəyi üçün 30 milyon kron. Pul Ukraynanın Delta idarəetmə sisteminin yaradılması üçün avadanlıqların alınmasına sərf olunacaq.

5. Ukrayna ordusuna silah alışı üçün 1 milyard kron.

6. Ukrayna quru qoşunlarının, xüsusən də zirehli texnikanın inkişafını dəstəkləmək üçün avadanlıqların alınması üçün 418 milyon kron.

7. Çexiyadan artilleriya sursatlarının alınması üçün 500 milyon kron.

8. Estoniyadan oxşar təşəbbüs üçün 546 milyon kron.

9. Hava Hücumundan Müdafiə sistemlərinin və uzaq mənzilli pilotsuz təyyarələrin alınması üçün 1 milyard krondan çox.

Qeyd edək ki, bu ilin yanvarında İsveç hökuməti Ukraynaya bu günə qədər 13,5 milyard İsveç kronu məbləğində ən böyük hərbi yardım paketini təqdim edəcəyini açıqlamışdı.

Oxşar xəbərlər

İsveç Ukraynaya 10 milyon dollardan çox vəsait ayırır
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq
Hollandiya Ukraynaya 88 milyon avro ayırıb
İsveç Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün 264 milyon dollar ayıracaq
İsveç Ukraynaya 113 milyon dollarlıq HHM sistemləri verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər