Rubio: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb
sizinxeber.az xəbər saytı

Rubio: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar dayandırılıb


Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqlar dayandırılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio NATO ölkələrinin xarici işlər nazirlərinin Stokholmda keçirilən görüşündə deyib.

O bildirib ki, hazırda heç bir müzakirə aparılmır. Bununla belə, Rubio gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etdiyini vurğulayıb.

ABŞ Dövlət katibi əvvəlki dialoq raundlarının heç bir nəticə vermədiyini etiraf edib. O, buna baxmayaraq, ABŞ-ın vasitəçi kimi fəaliyyətini davam etdirməyə hazır olduğunu qeyd edib.

Rubio diqqətə çatdırıb ki, ABŞ sonsuz, nəticəsiz danışıqlarda iştirak etmək niyyətində deyil.

O, müharibənin bir tərəfin ənənəvi qələbəsi ilə deyil, yalnız danışıqlar masasında bitə biləcəyinə əmin olduğunu ifadə edib.

Qeyd edək ki, 2026-cı ildə Rusiya, ABŞ və Ukrayna arasında danışıqların üç raundu keçirilib. Bunlardan birincisi 23-24 yanvar tarixlərində Əbu-Dabidə, ikincisi 4-5 fevral tarixlərində yenə Əbu-Dabidə keçirilib və burada əsir mübadiləsi barədə razılığa gəlinib. Danışıqların üçüncü raundu isə 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.

Oxşar xəbərlər

Rubio: Rusiya ilə yüksəksəviyyəli danışıqlar üçün hələ tezdir
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb
Rubio: Ukrayna üzrə sülh sazişi hər iki tərəfdən güzəştlər tələb edəcək
Rubio: ABŞ bu həftə Ukrayna məsələsinə dair Rusiya ilə təmaslar qurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər