Gürcü nazir: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin dəyərini yüksəldəcək
"Bakı-Tbilisi-Qars dəmir yolu xətti daha bir vacib nəqliyyat qovşağı olaraq Orta Dəhlizin dəyərini yüksəldəcək".
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili "İmedi" telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, həm Gürcüstan, həm də Azərbaycan tərəfi layihənin mümkün qədər tez həyata keçirilməsində maraqlı olub.
"Məmnunam ki, birgə səylərimiz nəticəsində Baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində layihənin tam istismara verilməsinə dair protokol imzalanıb. Bu o deməkdir ki, artıq bir neçə gündən sonra layihənin rəsmi açılışı olacaq. Bu, təkcə ölkəmiz və Azərbaycan üçün deyil, həm də Türkiyə üçün çox vacib bir layihədir", - Kvrivişvili əlavə edib.
Oxşar xəbərlər
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
Kvrivişvili: Azərbaycan Gürcüstanın strateji iqtisadi tərəfdaşıdır
Hakan Fidan: Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk
Hakan Fidan: Bakı-Tbilisi-Qara dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk
ADY və Çin Dəmir Yolları BTQ-nin potensialının artırılmasına dair razılığa gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
