HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək
sizinxeber.az xəbər saytı

HAMAS İsrail əsilli amerikalı əsiri bu gün azad edəcək



HAMAS 2023-cü ilin oktyabr ayından Qəzzada saxlanılan ikili vətəndaşlığı (ABŞ-İsrail) olan əsir Edan Aleksandrı bu gün azad edəcək.


APA xəbər verir ki, bu barədə HAMAS açıqlama yayıb.


Bildirilib ki, İsrail əsilli amerikalı əsir Edan Aleksandrın azad edilməsi Qəzza zolağının cənubundakı Xan Yunisdə baş tutacaq. Onun bu gün mərasimsiz şəkildə sərbəst buraxılması planlaşdırılır.


Qeyd edək ki, HAMAS ötən gün Edan Aleksandrın azad ediləcəyini açıqlamışdı.


Məlumata görə, Edan Aleksandrın azad edilməsi üçün ABŞ və HAMAS arasında danışıqlar son 5 gün ərzində aparılıb.

“Atəşkəs üçün davam edən vasitəçilik səyləri çərçivəsində HAMAS son günlər ABŞ administrasiyası ilə əlaqə saxlayıb və böyük pozitivlik nümayiş etdirir. İsrail əsgəri Edan Aleksandrın azad edilməsi atəşkəsə nail olmaq, keçidləri açmaq və Qəzzaya yardıma icazə vermək üçün atılan addımların bir hissəsi olacaq”, - HAMAS-ın bəyanatında qeyd olunub.


HAMAS həmçinin bu müddət ərzində vasitəçilik edən Qətər, Misir və Türkiyənin səylərini yüksək qiymətləndirdiyini bəyan edib.

Oxşar xəbərlər

HAMAS ABŞ vətəndaşlığı olan israilli girovu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS daha 3 girovu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
“HƏMAS”ın azad etdiyi Amerika vətəndaşı ölkəsinə qayıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS bir girov və 4 ABŞ vətəndaşının meyitini İsrailə təhvil verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail 183 fələstinli məhbusu HAMAS-a qaytarıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər