Hindistanda dini ayində izdiham nəticəsində 6 nəfər ölüb, 50 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Hindistanda dini ayində izdiham nəticəsində 6 nəfər ölüb, 50 nəfər yaralanıb


Hindistanın Qoa ştatında dini ayinin yerinə yetirilməsi zamanı yaranan izdihamda azı 6 nəfər ölüb, 50 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

“Qoa ştatının Şirqao şəhərindəki məbəddə hər il keçirilən “Lairai Devi Catra” yürüşü zamanı baş verən izdiham nəticəsində azı 6 nəfər ölüb, 50-dən çox adam ağır yaralanıb”, - məlumatda deyilir.

İlkin məlumata görə, faciə tədbirdə böyük izdihamı nəzarət altına almaq üçün tədbirlərin görülməməsi səbəbindən baş verib.

Qeyd edək ki, yanvar ayında da Hindistanın Prayaqrac şəhərində “Kumbh Mela” dini festivalı zamanı izdihamda azı 15 nəfər həlak olmuşdu.

Oxşar xəbərlər

Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb
Hindistanda dini məbəddəki izdihamda 6 nəfər ölüb
Hindistanda izdihamda azı 40 nəfər ölüb
Hindistanda festivalda baş vermiş izdihamda azı 15 nəfər ölüb
Qvineyada stadionda izdiham zamanı 50 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle