Popoviç: Çoxları Türkiyəyə məğlub olacağımızı düşünürdü - YENİLƏNİB
Türkiyə yığmasının çox istedadlı futbolçuları var.
"Report" xəbər verir ki, bunu dünya çempionatında Türkiyə ilə eyni qrupda yer alan və iyunun 14-də "ay-ulduzlular"ı 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç deyib.
"Çox istedadlı futbolçuları var, bütün matç boyu təhlükə yaradıblar. Onlara qarşı yaxşı müdafiə olunmalı idik, amma müəyyən bölgələrdə sıxışdıra biləcəyimizi hiss etdik və bu mövzuda uğurlu olduq", - o qeyd edib.
Popoviçin sözlərinə görə, əksəriyyət bu oyunun favoriti kimi Türkiyəni görürdü:
"Çox böyük bir əksəriyyət Türkiyəyə məğlub olacağımızı düşünürdü. Türkiyəyə qalib gəldiyimiz üçün komandada dəyişikliyin olduğunu deyə bilərəm. ABŞ ilə qarşılaşmaya hazırlaşmalıyıq".
Dünya çempionatında Türkiyə millisini 2:0 hesabı ilə məğlub edən Avstraliyanın baş məşqçisi Toni Popoviç oyunun belə nəticələnməsinə görə çox sevindiyini bildirib.
"Report" xəbər verir ki, T. Popoviç bunu matçdan sonra SBS telekanalının efirində deyib.
"Burada baş məşqçi kimi olmağımdan qürur duyuram", - o vurğulayıb və komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edib.
Popoviç yığmanın oyununu belə qiymətləndirib:
"Heyətin işi və məşqçi skamyasında qəbul edilən doğru qərarlarla qürur duyuram. Mən onları istiqamətləndirməyə, oyunçuları dəstəkləməyə çalışdım və onlar özlərini mükəmməl göstəriblər".
Qeyd edək ki, Türkiyənin baş məşqçisi Vinçentso Montella azarkeşlərə növbəti oyunda daha yaxşı nəticə vəd edib.
Oxşar xəbərlər
Avstraliyanın baş məşqçisi: Oyunçular özlərini mükəmməl göstəriblər
Avstraliya yığmasının yeni baş məşqçisi müəyyənləşib
Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Dünya çempionatının əsas favoriti Azərbaycan yığmasıdır"
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi dünya çempionatında çıxışı dəyərləndirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
-
Azərbaycan bankı BOKT-a çevrildi
