DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
sizinxeber.az xəbər saytı

DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib


Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumt yayıb.

Bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.

Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) “Qabiliyyət imtahanına buraxılış vərəqəsini yenidən çap etmələri xahiş olunur.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat

Oxşar xəbərlər

Xüsusi qabiliyyət imtahanları başlayır
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatır
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
Kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qeydiyyatın son günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər