Hindistanda festivalda baş vermiş izdihamda azı 15 nəfər ölüb
Hindistanın şimalındakı Uttar Pradeş ştatının Prayaqrac şəhərində Qanq və Yamuna çaylarının qovuşduğu yerdə keçirilən ən böyük hind festivalı olan Kumbh Melada izdihamda azı 15 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə AFP agentliyi Hindistanın tibb xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, onlarla festival ziyarətçisi də yaralanıb və xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hindistanın “Hindustan Times” qəzeti də izdihamla bağlı xəbərlərdən sonra baş nazir Narendra Modinin Uttar Pradeş ştatının baş naziri Yogi Adityanath ilə telefon danışığı apardığını bildirib.
Qeyd edək ki, Hindistanın şimalında hər 12 ildə bir dəfə Kumbh Mela festivalı keçirilir. Yanvarın 13-də başlayandan bəri artıq 110 milyondan çox zəvvar Qanq çayında çimərək festivalda iştirak edib.
Cəmi 45 gün ərzində festivalın 1,5 milyonu əcnəbi olmaqla, 450 milyon insanın iştirak edəcəyi gözlənilir. İştirakçıların sayı süni intellekt texnologiyaları vasitəsilə hesablanır.
Oxşar xəbərlər
Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda dini məbəddəki izdihamda 6 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda avtobus yük avtomobili ilə toqquşub, 15 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












