

İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmü Ali Məhkəmədə təsdiqlənib.
Sizinxeber.az xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.
“İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.
Onun sözlərinə görə, ölən şəxsin valideynləri gəlib qisas tələb edən kimi edam icra olunacaq.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib. İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.
Oxşar xəbərlər
Pezeşkian Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı hökmün icrası məsələsindən danışıb
Baş prokuror Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxslə bağlı hökmün icrası prosesinə münasibət bildirib
Səfirliyimizə hücum edən şəxs edam olunacaq
Azərbaycan səfiri İran XİN-də görüşlər keçirib - FOTO
İran Prezidenti: Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı bütün məsələlərə tam nəzarət edəcəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
