Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq
sizinxeber.az xəbər saytı

Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq


Təşkilati tədbirlər çərçivəsində bizim elektron sistəmlərin gücləndirilməsi, əsasən mediasiya prosesinin rəqəmsallaşdırılması, tərəflərin mediasiya prosesinə müraciətinin daha da asanlaşdırılması nəzərdə tutulub.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında deyib.

O bildirib ki, ölkəmizin statistik göstəricilərini özündə əks etdirən rəqəmlər vahid məhkəmə sistemində dərc olunur. Yəni, hər bir şəxs daxil olub məhkəmə işlərinin sayı, həll olma əmsalı barədə statistik məlumatları əldə edə bilərlər.

Nazir müavini onu da qeyd edib ki, elektron məhkəmə sisteminin inkişafı, habelə məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlər aparılır.

Oxşar xəbərlər

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun sahibkarlarla görüşü keçirilib
"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi qrupu məlumat yayıb
Mediasiya proseslərinin rəqəmsallaşdırılması istiqamətində işlər tamamlanıb
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər