İsrail Hizbullah və SEPAH Qüds Qüvvələrinin əməliyyatçısını zərərsizləşdirib
Hizbullah və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin əməliyyatçısı İsrailin gecə Beyrutda keçirdiyi hücumda öldürülüb.
APA xəbər verir ki, bu barədə İsrail ordusu, Şin Bet və Mossadın birgə bəyanatında bildirilib.
Livanın paytaxtı Beyruta gecə endirilən zərbənin hədəfinin Hizbullah və İranın SEPAH Qüds Qüvvələrinin üzvü olduğu bildirilib.
İsrail ordusunun verdiyi məlumata görə, Hizbullahın 3900-cü bölməsi və Qüds qüvvələrinin üzvü olan Həsən Bdair qırıcı təyyarələrin endirdiyi zərbə nəticəsində öldürülüb.
Birgə bəyanatda qeyd edilib ki, Həsən Bdair bu yaxınlarda HAMAS ilə koordinasiyada fəaliyyət göstərib, İsrail mülki əhalisinə qarşı terror hücumu həyata keçirməyə istiqamət verib.
Oxşar xəbərlər
İsrail ordusu 3 Hizbullah komandirini zərərsizləşdirib
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb
İsrail SEPAH-ın Qüds Qüvvələrinin 18 neft tankerinə sanksiyalar tətbiq edib
İsrail ordusu Livanda Hizbullahın iki əsas komandirini öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
