ABŞ Səada vilayətinə 14 aviasiya zərbəsi endirib
sizinxeber.az xəbər saytı

ABŞ Səada vilayətinə 14 aviasiya zərbəsi endirib


ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının nəzarəti altında olan Səada vilayətinə silsilə zərbələr endirib.

APA xəbər verir ki, bu barədə hərəkata məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, cümə günü ABŞ silahlı qüvvələri vilayətin müxtəlif ərazilərinə azı 14 zərbə endirib. Hücumlar zamanı bir mülki şəxsin həlak olduğu, dörd nəfərin isə yaralandığı bildirilir.

Yəmənin paytaxtı Sənaya isə azı 8 zərbə endirilib. Təkcə son iki gündə ABŞ hərbçiləri bu şəhərə, eləcə də Amran, Marib, Səada, əl-Cəvf və əl-Hodeyda əyalətlərinə 72 zərbə endirib.

Qeyd edək ki, martın 15-dən ABŞ ordusu prezident Donald Trampın göstərişi ilə “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmən ərazilərinə kütləvi zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

ABŞ və Britaniya husilərin hədəflərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ ordusu Yəməndə 15 hədəfə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Yəmənin paytaxtı Sənaya zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Britaniya Hudeydaya zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər