FHN Novxanıda istirahət mərkəzində təlim keçirib
sizinxeber.az xəbər saytı

FHN Novxanıda istirahət mərkəzində təlim keçirib


Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “My Beach” istirahət mərkəzində “Su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məılumat verilib.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən su attraksionlarında köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti olaraq su attraksionunda köməksiz vəziyyətda qalmış zərərçəkmişlər xilas edilərək onlara təxirəsalınmaz ilkin yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

FHN-in Gəncə Regional Mərkəzi təlim keçirib - VİDEO
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib
FHN-in Qarabağ Regional Mərkəzi təlim keçirib - FOTO
FHN-in Şimal Regional Mərkəzi təlim keçirib - FOTO - VİDEO
Yol-nəqliyyat hadisələrində zərərçəkmişlərin xilas edilməsi mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər