İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb
sizinxeber.az xəbər saytı

İstanbulda atışma baş verib, Azərbaycan vətəndaşı yaralanıb


Türkiyədə atışma zamanı üç nəfər vətəndaşı yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə İstanbulun Şişli səmtindəki restoranlardan birində baş verib.

Məlumata görə, iki nəfər Böyükdərə küçəsində yerləşən otel restoranında oturan insanlara atəş açıb.

Silahlı hücum nəticəsində 3 nəfər yaralanıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan yaralılardan Erkan A. və Beyhan T.-nin vəziyyəti ağır, Azərbaycan vətəndaşı Hüseyn M. isə yüngül xəsarət alıb.

Canayətkarlar hadisə yerindən qaçıblar. Polis əməliyyata başlayıb.

Oxşar xəbərlər

İstanbulda atışma baş verib, üç nəfər yaralanıb
İstanbulda metrobus qəzası baş verib, ölən və yaralananlar var
ABŞ-də məktəbdə atışma olub, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb, 6 nəfər yaralanıb
ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər