Ərdoğan: Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti CHP və Özgür Özəl daşıyır
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti CHP və Özgür Özəl daşıyır


Cümhuriyyət Xalq Partiyasının (CHP) liderinin çağırışından sonra baş verən hadisələri diqqətlə izləyirik.

Sizinxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra deyib.

Dövlət başçısının sözlərinə görə, onların çağırışlarından sonra Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti müxalif Cümhuriyyət Xalq Partiyası və onun sədri Özgür Özəl daşıyır.

“Təəssüf ki, müxalifət partiyalarının liderləri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdilər. Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, beş gün ərzində qanunsuz bəyanatlar veriblər. Polis əməkdaşlarının yaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə dəyərində ziyan dəyməsinə görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarları daşıyır. Bütün bunlara parlamentdə baxılacaq və bununla bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq”, - Ərdoğan qeyd edib.

Prezident deyib ki, bu günlər ərzində 123 polis əməkdaşı yaralanıb.

Ərdoğan baş verənlərin iqtisadiyyatda süni dalğalanmalara səbəb olduğunu da vurğulayıb.

Oxşar xəbərlər

Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
CHP sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Ərdoğan Rusiyaya səfər edəcək
Türkiyə Prezidenti Öcalanın parlamentdə PKK-nın buraxılmasını elan etməsinə dair təklifə münasibət bildirib
Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər