Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, ölkə başçısı bu barədə Nazirlər Kabinetinin icrasından sonra xalqa müraciətində danışıb.
“Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə "BE-200" tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan qısa zamanda Türkiyəyə amfibiya tipli təyyarə göndərəcək
Mahmud Abbas Türkiyədə səfərdədir - YENİLƏNİB
Azərbaycan Prezidenti: Türkiyə bu gün dünya çapında söz sahibidir
Mahmud Abbas bu gün Türkiyəyə gedəcək, parlamentdə çıxış edəcək
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













