Müştərilərin hesab balansları bərpa edildi - ABB-dən açıqlama
ABB dünən bəzi müştərilərin kart hesablarında yaranmış vəziyyətlə bağlı açıqlama yayıb.
Bankın sosial media səhifələrində yayılmış açıqlamada deyilir ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb. Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir.
"Yaranmış vəziyyət Azərikard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.
Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir".
Bankın açıqlamasında vurğulanır ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub.
"Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə sizə dərin təşəkkürümüzü bildiririk" – deyə ABB-nin açıqlamasında bildirilir:
"Müştərilərimizə təqdim etdiyimiz rəqəmsal xidmətlərimizin dayanıqlılığının və etibarlılığının daha da artırılması istiqamətində işlərimizi davam etdirəcəyik. Etimadınız bizim üçün ən böyük dəyərdir! Doğma bankınıza hər zaman güvənə bilərsiniz!"
Oxşar xəbərlər
"Azərikard" kart hesablarındakı problemlə bağlı açıqlama yayıb
AMB: "Azərikard"a üzv bankların müştərilərinə təsir edən texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
"Azericard": Bəzi bankların kart əməliyyatlarında texniki problem bizdən qaynaqlanmır
Bir sıra tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranmış texniki nasazlıq aradan qaldırılıb - YENİLƏNİB
“m10”un fəaliyyətində yaranan fasilənin səbəbi açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
