Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilib - YENİLƏNİB
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilib.
"Report" xəbər verir ki, Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar" adlı panel müzakirəsi baş tutub.
Paneldə çıxış edən Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev deyib ki, İraqda türkmanların varlığı qədim dövrlərə gedib çıxır:
"Mən təklif edirəm ki, universitetlərimizdə Kərkükşünaslıq fakültəsi təsis edilsin, Ədəbiyyat Muzeyində İraq-türkman ədəbiyyatı ilə bağlı ekspozisiya yaradılsın. Dövlət universitetlərində İraq-türkman gənclərinin təhsil alması üçün şərait yaradıla bilər. Ümumiyyətlə, İraq-türkman ədəbiyyatının, mədəniyyətinin təbliğinə geniş yer verilməlidir. Həmçinin Kərkükdə Azərbaycanla bağlı qəzetin, o cümlədən ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ etmək üçün telekanalın da yaradılması mümkündür. Əlavə olaraq düşünürəm ki, Kərkükdə Azərbaycan konsulluğunun açılması da məqsədəuyğundur".
İraqın Türkman Alimlər Birliyinin sədri Nəbil Şahin Kifrili vurğulayıb ki, sözügedən istiqamətdə aparılan danışıqların nəticə verməsi üçün artıq icra mərhələsinə keçilməlidir:
"Bu bizim gələcək nəsillərə ötürəcəyimiz miras üçün önəmlidir. Kərkükdə və digər yerlərdə müxtəlif birgə layihələr həyata keçirilə bilər".
O, Kərkük, Hələb və digər şəhərlərdə "Azərbaycan evi"nin açılacağına ümid etdiyini bildirib.
Paneldə çıxış edən Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Əsəd Arber Həsən bölgədəki türkman irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini önə çəkib: "Artıq muzeylər və kitablarla yanaşı, texnologiya dəstəkli maarifləndirmə tədbirləri həyata keçirilməlidir".
İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Eyyub Kərəm çıxışında diaspor fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxunub: "Bunun üçün QHT-lər də fəallıq göstərməlidirlər. Qrşıdakı məqsədlərə çatmaq üçün daha çox çalışmaqlazımdır".
Forum bədii hissə ilə başa çatıb.
Bakıda "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir.
"Report" xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində baş tutan forumda İraq, Suriya, Livan və Türkiyədən 30-a yaxın yaxın vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Forumun rəsmi açılış mərasimindən sonra "Nə yaxınmış uzaqlar!" adlı paneldə türkman irsinin qorunması, ortaq mədəni dəyərlərin təbliği, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə ediləcək.
Oxşar xəbərlər
Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilir
Haşim Kamil Mustafa: Türkman irsini qorumağın ən effektiv yolu milli kimliyə sahib çıxmaqdır
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır
Bu il Suriyadan ilk dəfə Azərbaycana təhsil almağa tələbələr gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
