Paşinyan: Baş nazirin müavinləri və nazirlər yeni hökumətdə öz postlarını qoruyub saxlayacaq
sizinxeber.az xəbər saytı

Paşinyan: Baş nazirin müavinləri və nazirlər yeni hökumətdə öz postlarını qoruyub saxlayacaq


Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətin tərkibini Baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişdirməyi planlaşdırmır.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

"Hökumətin tərkibində: baş nazirin müavinləri və nazirlər səviyyəsində dəyişikliklərə ehtiyac görmürəm. Düşünürəm ki, icra hakimiyyətinin digər səviyyələrində bəzi dəyişikliklər baş verəcək", - N.Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin hesablanmasının yekunlarına görə, Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçicilərin səslərinin 49,83 %-ni alıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.

Oxşar xəbərlər

Paşinyan: Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq
Lukaşenko: Yeni hökumətdə baş nazirin müavinləri daha çox çəkiyə malik olacaqlar
Nikol Paşinyan məzuniyyətə çıxır
Tramp parlament seçkilərində qələbə qazanması münasibətilə Paşinyanı təbrik edib
Paşinyan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsini istisna edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər