Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb
sizinxeber.az xəbər saytı

Aİ Ukraynaya 90 mlrd. avroluq kredit çərçivəsində ilk tranşın köçürülməsinə başlayıb


Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsinə başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynanın Bərpası üzrə Konfransda çıxışı zamanı məlumat verib.

“Ötən il ərzində biz Ukraynanın iqtisadi təməllərini gücləndirdik. Onun Avropa yolunda irəliləyişinə dəstək verdik və inkişaf üçün yeni imkanlar yaratdıq. İndi Ukraynaya investisiya qoymağın vaxtıdır”, – Avropa Komissiyasının Prezidenti bildirib.

Aİ-nin 90 milyard avroluq dəstək paketi Ukraynanın 2026–2027-ci illərdəki büdcə və müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə yönəlib. Proqram çərçivəsində vəsaitlərin bir hissəsi makromaliyyə dəstəyinə, digər hissəsi isə müdafiə sənayesinin gücləndirilməsinə ayrılacaq.

Oxşar xəbərlər

Avropa Komissiyasının Prezidenti Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı vəd edib
Aİ Avropa təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro müdafiə krediti təklif edir
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
Aİ Şurası Ukraynaya 3,5 milyard avro tranşı təsdiqləyib
Aİ Şurası Ukraynaya 3,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər