Rubio: ABŞ İranla saziş əldə etməyə çalışır, lakin hər şərtlə razılaşmayacaq
Vaşinqton İranla razılaşma əldə etməyə çalışır, lakin bunu nəyin bahasına olursa olsun etməyə hazır deyil.
"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, o, bunu Bəhreynin paytaxtı Manamada Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası və ABŞ-nin birgə nazirlər görüşündə deyib.
"Biz nəyin bahasına olursa-olsun saziş bağlamağa can atmırıq. Bizə yoxlanılması mümkün olan və riayət ediləcək yaxşı, real saziş lazımdır", - o bildirib.
Dövlət katibi qeyd edib ki, ABŞ İranla danışıqların müsbət nəticələnəcəyinə ümid edir, Tehranın alternativ kursu isə onun üçün arzuolunan nəticələrə gətirib çıxarmayacaq.
Rubio həmçinin gəmilərin Hörmüz boğazından keçməsi üçün İran tərəfinin rüsum alması mümkünlüyünün qəbuledilməz olduğunu vurğulayıb.
"Beynəlxalq su yolları heç bir dövlətə məxsus deyil. Bu, müasir dünya nizamının əsas prinsiplərindən biridir. Onsuz dünya xaosa qərq olardı. Əgər biz beynəlxalq su yolunun yalnız bu və ya digər dövlətin ərazisinin yaxınlığından keçməsinə görə ondan istifadənin ödənişli olması mümkünlüyü ilə razılaşsaydıq, bu cür yanaşma qısa müddətdə bütün dünyaya yayılardı", - o əlavə edib.
Oxşar xəbərlər
Şahbaz Şərif: Suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq
Rubio İranla danışıqlardan razı olsa da, Tehrana yenə xəbərdarlıq edib
Rubio: Xarici siyasətdə dünya nizamını deyil, ABŞ-nin maraqlarını rəhbər tutacağıq
ABŞ BMT TŞ-yə İranla saziş bağlamağa çalışdığı barədə məlumat verib
ABŞ dövlət katibi İranla nüvə danışıqlarının davam etdiriləcəyinə ümidlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
