Cənubi Koreya müxalifəti prezidentin impiçmenti prosesinin başlandığını elan edib
sizinxeber.az xəbər saytı

Cənubi Koreya müxalifəti prezidentin impiçmenti prosesinin başlandığını elan edib


Cənubi Koreya müxalifəti bu gündən etibarən prezident Yun Sok Yolun impiçment prosesinin başlandığını elan edib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Yonhap” İnformasiya Agentliyi məlumat yayıb.

Y. S. Yol ölkədə yaranmış gərgin hərbi-siyasi vəziyyət fonunda hərbi vəziyyət elan edib. Bir qədər sonra isə müxalifətin və xalqın təzyiqləri nəticəsində qərar ləğv olunub.

Bundan sonra Parlamentdə çoxluğa sahib olan Liberal-Demokrat Partiyası Cənubi Koreya liderini vəziyyətin sabitləşdirilməsi üçün istefaya çağırıb.

Xatırladaq ki, Yun Sok Yol impiçmentə məruz qalarsa bütün imtiyazlardan məhrum ediləcək və onun taleyi ilə bağlı yekun qərarı məhkəmə çıxaracaq.

O vəzifəsini itirsə ölkənin idarəçiliyi müvəqqəti olaraq Nazirlər Kabinetinə həvalı olunacaq.

Oxşar xəbərlər

Cənubi Koreya müxalifəti prezidentin istefasını tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya parlamenti ölkədə hərbi vəziyyətin ləğvinə səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada hərbi vəziyyət elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada Şimali Koreyanın "tərəfdarları ilə mübarizə" üçün hərbi vəziyyət elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Cənubi Koreya hərbi təlimlərə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər