İsrail ordusu Qəzzada məktəbə hücum etdiyini açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail ordusu Qəzzada məktəbə hücum etdiyini açıqlayıb


İsrail hərbçiləri Fələstinin radikal HAMAS hərəkatının silahlı qanadının Qəzza zolağının Beyt Hanun şəhərindəki qərargahına hücum edib.

APA xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, bu obyekt həmin ərazidəki keçmiş məktəblərdən birinin ərazisində yerləşib.

“Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarını rəhbər tutaraq, HAMAS-ın nəzarət və komanda mərkəzinə hədəfli zərbə endirib. Bu məkan əvvəllər Beyt Hanunda Raazi eş-Şua məktəbi kimi istifadə edilib” – məlumatda deyilir.

İsrail ordusunun məlumatına görə, HAMAS-ın bu qərargahı son həftələrdə İsrail Dövləti qoşunlarına qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı və yer kimi istifadə edilib.

Oxşar xəbərlər

İsrail ordusu HƏMAS-ın qərargahını dağıdıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzada məktəbdə HAMAS və İslami Cihad komandirlərinin məhv edildiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzada 10-dan çox HAMAS üzvünü məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail müdafiə naziri: HAMAS Qəzzada hərbi birləşmə kimi artıq mövcud deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Qəzzanın şimalında HAMAS-a qarşı əməliyyat keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər