sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə meymunçiçəyinə yoluxma şübhəsi ilə bir nəfər karantinə alınıb
Türkiyənin Sakarya bölgəsində Seneqal vətəndaşı meymunçiçəyinə yoluxma şübhəsi ilə karantinə cəlb edilib.
Sizinxeber.az-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onun dərisində əmələ gələn qabarcıqlar meymunçiçəyinə yoluxma şübhələrini artırıb və o Sakaryanın Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, meymunçiçəyinin əlamətləri qızdırma, baş, bel və əzələ ağrıları, şişkinlik, zəiflik, halsızlıq, dəridə qabarcıqlar, öskürək, burun tutulması və titrəmədir. Bu nadir virus insanlara yaxın təmas, eləcə də heyvan vasitəsilə yoluxa bilir.
Oxşar xəbərlər
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb
Afrikada meymun çiçəyi epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
SN: Əhali arasında qeydə alınan infeksion xəstəliklərə səbəb virus və bakteriyalardır
İsveçdə meymunçiçəyinin yeni variantına ilk yoluxma qeydə alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













