Türkiyə Prezidenti Yunanıstan və Cənubi Kiprə xəbərdarlıq edib: Heç kim macəra axtarmasın
sizinxeber.az xəbər saytı

Türkiyə Prezidenti Yunanıstan və Cənubi Kiprə xəbərdarlıq edib: Heç kim macəra axtarmasın


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan və Cənubi Kipr Rum Administrasiyasına xəbərdarlıq edib.

Sizinxeber.az xəbər verir ki, partiyasının qrup iclasında çıxış edən Ərdoğan Yunanıstan və Cənubi Kiprin İsraillə birlikdə Şərqi Aralıq dənizində ittifaq içərisində olmalarına diqqət çəkib.

Türkiyə Prezidenti onlara bölgədə “macəra axtarmamaları” ilə bağlı xəbərdarlıq edib.

“Aralıq dənizində və Kiprdə fitnə alovlarının yandırılması cəhdlərini görürük və izləyirik. Heç kim macəra axtarmasın. Əgər Türkiyənin və Kipr türklərinin hüquqları Şərqi Aralıq dənizində təhdid altında olarsa, cavabımız çox sərt və qəti olacaq”, - Türkiyə lideri vurğulayıb.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib
Türkiyə MN: Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik
Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb
Türkiyə Prezidenti BMT-dəki çıxışında TDT-nin artan əhəmiyyətindən danışıb
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər