Nazir müavini: Qanun sosial şəbəkələrin bağlanmasını deyil, nəzarətin gücləndirilməsini nəzərdə tutur
“Statistik məlumatlara görə, valideynlərin 43 faizi uşaqların sosial şəbəkələrdən istifadəsinə tam nəzarət edə bilmir”.
APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.
O bildirib ki, təklif edilən qanun sosial şəbəkələrin bağlanmasını deyil, onların istifadəsinə nəzarətin gücləndirilməsini nəzərdə tutur: “Layihə çərçivəsində 16–18 yaşlı istifadəçilər üçün nəzarətli istifadə mexanizmlərinin tətbiqi planlaşdırılır. Yaş məhdudiyyəti ilə yanaşı, hədəfli reklamların və zərərli məzmunun göstərilməsinə də imkan verilməməsi nəzərdə tutulur. Yaş məlumatlarının kommersiya məqsədi ilə istifadəsi də qadağan ediləcək”.
Rəşad Həsənov qeyd edib ki, sosial media platformalarının bu prosesə tam hazır olmadığı bildirilir, tələblərə əməl olunmadığı halda sanksiyaların tətbiqi gözlənilir.
O vurğulayıb ki, Azərbaycanda məktəbyaşlı övladı olan valideynlərin 93 faizi bu dəyişiklikləri dəstəkləyir: “Bununla belə, qanunvericilikdə edilən dəyişikliklərin problemin tam həllinə gətirib çıxarmayacağı da qeyd olunur. Bu istiqamətdə həm dövlət orqanlarının, həm də valideynlərin üzərinə mühüm vəzifələr düşür”.
Oxşar xəbərlər
Elmir Vəlizadə: Qanunun əsas mahiyyəti uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunmasından ibarətdir
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Nazir müavini: Araşdırmalar sosial şəbəkələrin psixi sağlamlıq üçün mənfi nəticələrə səbəb olduğunu göstərir
Əhməd İsmayılov: Erkən yaşda sosial şəbəkədən nəzarətsiz istifadə ciddi problemlərə yol aça bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
