Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib
Yaponiyanın Baş naziri Fumio Kişida Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan dörd günlük səfərini ləğv edib.
APA Kyodo agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Kişida mətbuat konfransında deyib.
O bildirib ki, potensial zəlzələ ilə bağlı "hökumətin cavab reaksiyasına və məlumatların yayılmasına diqqət yetirmək" üçün xarici səfərini ləğv edib.
"Ölkənin böhran idarəçiliyinə cavabdeh olan yüksək vəzifəli şəxs olaraq, əlavə bir tədbir olaraq, ən azı bir həftə Yaponiyada qalmalıyam", Kişida əlavə edib.
O, cümə günü axşam Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, və Yaponiyanın birgə ilk sammitdə iştirak etməli və birgə bəyannamə qəbul etməli idi.
Bazar ertəsi isə onun Monqolustanın paytaxtı Ulan-Batorda ölkə prezidenti Uxnaa Khurelsukh və baş nazir Luvsannamsrai Oyun-Erdene ilə görüşü nəzərdə tutulurdu.
Xatırladaq ki, Yaponiya Meteorologiya Agentliyi cümə axşamı ölkənin cənub-qərbində baş verən 7,1 bal gücündə zəlzələdən sonra Nankai çökəkliyi ətrafındakı ərazilərdə zəlzələ ehtimalı barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Kişida Yaponiyadakı zəlzələ təhlükəsi səbəbindən Qazaxıstan və Özbəkistana səfərini təxirə salıb
Yaponiyada 7,1 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
Kişida Naqasaki və Xirosima qurbanlarını anma mərasimində ABŞ-ın atom bombası atması faktına toxunmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
