Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub
Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunda turistlər üçün nəzərdə tutulan asma körpüdə baş verən qəza nəticəsində 5 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı İli-Kazax Muxtar Dairəsinin Kommunist Partiyası Komitəsinin Təbliğat Şöbəsi yayıb.
"WeChat" sosial şəbəkəsində yayılan açıqlamaya əsasən, hadisə yerli vaxtla saat 18:18-də Çzaosu rayonunun Monqolkürə bölgəsində qeydə alınıb.
Qəzanın səbəbi asma körpünü saxlayan troslardan birinin qırılması olub. Nəticədə körpü əyilib və üzərində olan insanlar yerə düşüblər.
Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb, onların həyatına təhlükə olmadığı bildirilir. Hadisənin baş verdiyi turizm zonasında fəaliyyət müvəqqəti olaraq dayandırılıb. Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb
Çində helikopter qəzaya uğrayıb, ölən və yaralananlar var
Çində zavodda baş verən qəza altı tələbənin həyatına son qoyub
Çadda ağır yol qəzası: 12 nəfər həyatını itirib
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
