Rusiya MN Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib: Kompleksə "Patriot" raketi düşüb
Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev, Xarkov və Dnepropetrovskdakı müdafiə sənayesi obyektlərinə, eləcə də hərbi aerodromlara və ərazi tədarük mərkəzlərinə hava, quru və dəniz əsaslı yüksək dəqiqlikli silahlar və hücum dronlarından istifadə edərək genişmiqyaslı hücum həyata keçirib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uzun mənzilli pilotsuz uçuş aparatları üçün komponentlər hazırlayan və istehsal edən, eləcə də hərbi radar sistemləri istehsal edən və təmir edən "Kiyev Radar Zavodu", xarici komponentlərdən uzun mənzilli hücum PUA-larının yarı sökülmüş yığımını həyata keçirən "Bespilotnye Texnologii" MMC; PUA-lar üçün döyüş başlıqları və "Flamingo" qanadlı raketləri üçün gücləndiricilər istehsal edən "Mayak Zavodu" ASC, Ukrayna Silahlı Qüvvələri üçün uzun və orta mənzilli PUA-lar, eləcə də radar avadanlıqları istehsal edən "Kiyev Dövlət Zavodu Burevestnik", PUA-lar və müxtəlif növ raketlər üçün döyüş başlıqları (sursat) yığan "Ukr Armo Tech" MMC, Hava və kosmik aparatlar istehsal edən, təyyarə turboreaktiv mühərrikləri və uzun və orta mənzilli PUA-lar üçün komponentlər istehsal edən və təmir edən Mülki Aviasiyanın 410 nömrəli Aqreqat Zavodu və Təyyarə Təmiri Zavodu və digər hərbi obyeltlər vurulub.
MN Rusiyanın Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib.
"Təsdiqlənmiş məlumatlara görə, Kiyev Peçersk Lavra kompleksi Amerika Patriot hava hücumundan müdafiə sisteminin raketi ilə vurulub. Bu kompleksin səhv işləməsinin səbəblərindən biri Qərb ölkələrinin Kiyev rejiminə istifadə müddəti bitmiş raketləri verməsi ola bilər", Rusiya MN-nin məlumatında qeyd olunub.
Oxşar xəbərlər
Rusiya Ukraynada müdafiə sənayesi obyektləri, hərbi aerodromlara genişmiqyaslı hücum edib
Rusiya ordusu Ukraynanın qaz və enerji infrastrukturuna zərbə endirib
Rusiya son bir gündə Britaniya istehsalı olan 2 raketi vurub
Rusiya MN Ukraynaya kütləvi zərbə endirilməsi barədə məlumat yayıb
Rusiya Ukraynanın hərbi müəssisələrinə yüksək dəqiqlikli silahlarla zərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Almaniya Avropanın ən güclü ordusunu qurmağa hazırlaşır
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
