sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Çində yaponiyalı casus həbs cəzasına məhkum edilib
Çində bir nəfər Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.
Sizinxeber.az Yaponiyanın Pekindəki səfirliyinə istinadən xəbər verir ki, sözügedən şəxs 3 il yarım müddətinə həbs cəzasına məhkum edilib.
Həmin şəxsin kimliyi açıqlanmayıb. Yaponiya mediası onun 60 yaşlarında olduğunu və Çində Yaponiyaya məxsus olan “Astellas Pharma İnc” adlı dərman şirkətində çalışdığını yazıb.
O, 2023-cü ilin mart ayında saxlanılıb.
Casusluqda ittiham edilən şəxsin məhkəmə prosesində Yaponiya səfiri iştirak etsə də, yaponiyalı jurnalistlər məhkəmə zalına buraxılmayıb.
Oxşar xəbərlər
İsraillə müharibədən sonra həbs edilən bəzi İran vətəndaşları casusluqda ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynada Çin vətəndaşları casusluq ittihamı ilə həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada Çinə casusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Casusluqda ittiham olunan İsveçrə vətəndaşı İran həbsxanasında intihar edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsraillə münaqişənin əvvəlindən İranda 700 nəfər həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













