Ukraynada Çin vətəndaşları casusluq ittihamı ilə həbs edilib
sizinxeber.az xəbər saytı

Ukraynada Çin vətəndaşları casusluq ittihamı ilə həbs edilib


Ukraynada iki Çin vətəndaşı casusluq ittihamı ilə həbs edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, həmin şəxslər Ukraynanın “Neptun” raket kompleksi ilə bağlı məlumatları toplayaraq Çinə ötürməkdə şübhəli bilinir.

Saxlanılan şəxslərin ata və oğul olduqları müəyyən edilib. Oğul – 24 yaşlı gənc, Kiyev universitetinin tələbəsi olub. 2023-cü ildə akademik göstəricilərinin qeyri-qənaətbəxş olması səbəbindən universitetdən xaric edilsə də, Kiyevdə yaşamağa davam edib.

Atasının Çində yaşadığı və oğlunun fəaliyyətinə nəzarət məqsədilə mütəmadi olaraq Ukraynaya səfərlər etdiyi bildirilir. O, sonuncu dəfə iyulun 7-də Ukraynaya gəlib və Kiyevdə yerləşən Çin səfirliyini ziyarət edib.

Sözügedən şəxs bu gün Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Ukraynada Yanukoviçin keçmiş mühafizəçisi Rusiyaya casusluq etməkdə şübhəli bilinir
Almaniyada Çinə cəsusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib
Almaniyada Çinə casusluqda ittiham olunan ABŞ vətəndaşı həbs edilib
Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya casusluq edən bir nəfəri həbs edib
Danimarka Baş naziri: Ukraynada sülh davam edən müharibədən daha təhlükəli ola bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle