Rubio: Rusiya Ukraynada atəşkəslə bağlı tələbləri əks etdirən sənəd hazırlayır
sizinxeber.az xəbər saytı

Rubio: Rusiya Ukraynada atəşkəslə bağlı tələbləri əks etdirən sənəd hazırlayır


ABŞ dövlət katibi Marko Rubio Rusiya xarici işlər naziri Sergey Lavrovla apardığı telefon danışığından sonra bildirib ki, Moskva Ukraynada atəşkəsə dair tələbləri özündə əks etdirən sənəd üzərində işləyir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rubio "CBS News" telekanalına müsahibəsində danışıb.

“Bir neçə məsələni müzakirə etdik. O mənə izah etdi ki, Rusiya atəşkəslə bağlı tələblərini əks etdirən sənəd hazırlayacaq. Bu sənəd gələcəkdə daha genişmiqyaslı danışıqlara yol aça bilər”, – deyə Rubio bildirib.

Oxşar xəbərlər

Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Rubio Lavrovla ABŞ və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib
Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb
Hakan Fidan və Rubio Ukraynada atəşkəs səylərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər