Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
apr
2025
06:50

Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb

28 apr, 2025
06:50
443

Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

Sizinxeber.az-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib

Lavrov və Rubio əsas diqqəti Ukrayna böhranına yönəldiblər. Ukraynada uzunmüddətli sülhə gedən yolda razılığa gəlməkdən ötrü danışıqlar üçün ilkin şərtlərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

"Son zamanlar xeyli intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uiitkoff arasında aprelin 25-dəki söhbətdən sonra Lavrov və Rubio uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıbar. Telefon danışığı zamanı bir sıra digər beynəlxalq məsələlərə də toxunulub. Bütün səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın