Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb
sizinxeber.az xəbər saytı

Rusiya naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb


Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

Sizinxeber.az-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib

AA xəbər verir ki, Lavrov və Rubio əsas diqqəti Ukrayna böhranına yönəldiblər. Ukraynada uzunmüddətli sülhə gedən yolda razılığa gəlməkdən ötrü danışıqlar üçün ilkin şərtlərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

"Son zamanlar xeyli intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uiitkoff arasında aprelin 25-dəki söhbətdən sonra Lavrov və Rubio uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıbar.

Telefon danışığı zamanı bir sıra digər beynəlxalq məsələlərə də toxunulub. Bütün səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb",Rusiya XİN məlumatında qeyd olunub.


Oxşar xəbərlər

Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Lavrov-Rubio telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər