ABŞ Dövlət katibi: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək
sizinxeber.az xəbər saytı

ABŞ Dövlət katibi: Tramp sonu görünməyən danışıqlarda iştirak etməyəcək


ABŞ aylar sonra yox, bir neçə həftə sonra Rusiyanın sülhə hazır olub-olmadığını biləcək.

Sizinxeber.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib.

O bildirib ki, bu müharibəni hər iki tərəf üçün məqbul şərtlərlə bitirmək mümkündür: “Əgər hər iki tərəf razılaşarsa. İndi bu şərtləri tapmaq prosesindəyik və tezliklə Rusiyanın sülhə hazır olub-olmadığını aylar sonra yox, həftələr sonra biləcəyik

Rubionun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın əsas məqsədi Ukraynada müharibəni mümkün qədər tez bir vaxtda başa çatdırmaqdır:

“Əgər yenidən müharibəni uzatmaq taktikası seçilsə, sonu görünməyən danışıqlarda iştirak etməyəcəyik. Nə biz, nə də Donald Tramp bu yola getməyəcək”.

Oxşar xəbərlər

Tramp Putinin müharibəni bitirmək istədiyini deyib
ABŞ dövlət katibi: Ukraynada müharibəyə son qoymaq üçün bütün tərəflər güzəştə getməlidir
Zelenski: Putinlə yalnız müharibəni bitirmək planı hazır olduqdan sonra görüşəcəm
Kobaxidze: Harrisin qələbəsi Ukraynada müharibəni bir neçə ay uzadacaq
Kiyev Zelenski ilə Trampın görüşünə hazırlığa başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər